Qanunsuz ov edənlər saxlanıldılar - FOTO

15:14 22.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Ağcabədi rayon sakinləri Tərlan Xəlilov, Rauf Əhmədov və Osman Hacıyev saxlanılıblar. Həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşları aşkar edilib.

 

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.

 

Qanunsuz ov edənlər saxlanılıblar (FOTO) - Gallery Image